Terminlər lüğəti
Dərslərdə və bazar xəbərlərində rast gələcəyin 68 termin sadə izahlarla.
- Aktiv
- Alınıb-satıla bilən istənilən maliyyə aləti: səhm, valyuta, kripto, əmtəə. Ətraflı oxu →
- Ask (təklif qiyməti)
- Satıcının aktivi satmağa hazır olduğu ən aşağı qiymət. Ətraflı oxu →
- Ayı bazarı
- Qiymətlərin 20%-dən çox düşdüyü pessimist bazar. Ətraflı oxu →
- Baş-çiyin
- Ortada yüksək zirvə və yanlarda iki alçaq zirvədən ibarət dönüş fiquru. Ətraflı oxu →
- Bayraq
- Güclü hərəkətdən sonra qısa əks korreksiya; trendin davam edəcəyinə işarə sayılır. Ətraflı oxu →
- Baza valyutası
- Valyuta cütündə birinci yazılan valyuta. Qiymət onun bir vahidinin neçəyə başa gəldiyini göstərir. Ətraflı oxu →
- Bazar əmri
- Mövcud ən yaxşı qiymətlə dərhal icra olunan əmr. Ətraflı oxu →
- Bektest
- Strategiyanın keçmiş bazar məlumatları üzərində sınaqdan keçirilməsi. Ətraflı oxu →
- Bid (tələb qiyməti)
- Alıcının aktivi almağa hazır olduğu ən yüksək qiymət. Ətraflı oxu →
- Bollincer zolaqları
- Hərəkətli ortanın ətrafında, dalğalanmaya görə genişlənib-daralan iki zolaq. Ətraflı oxu →
- Breakout (qırılma)
- Qiymətin dəstək və ya müqavimət səviyyəsini inamla keçməsi. Ətraflı oxu →
- Broker
- Treyderlə bazar arasında vasitəçilik edən lisenziyalı şirkət. Ətraflı oxu →
- Buğa bazarı
- Qiymətlərin uzun müddət yüksəldiyi optimist bazar. Ətraflı oxu →
- Demo hesab
- Virtual pulla real bazar şəraitində məşq etmək üçün hesab. Ətraflı oxu →
- Dəstək
- Qiymətin düşməyi dayandırıb geri qalxmağa meylli olduğu səviyyə. Ətraflı oxu →
- Divergensiya
- Qiymətin və indikatorun fərqli istiqamətlər göstərməsi; trendin zəiflədiyinə işarədir. Ətraflı oxu →
- Diversifikasiya
- Riski azaltmaq üçün vəsaiti müxtəlif aktivlər arasında bölmək. Ətraflı oxu →
- Drawdown
- Hesabın ən yüksək nöqtəsindən ən aşağı nöqtəsinə qədər düşmə faizi. Ətraflı oxu →
- Elliott dalğaları
- Bazarın trend istiqamətində beş, korreksiyada üç dalğa ilə hərəkət etdiyini deyən nəzəriyyə. Ətraflı oxu →
- EMA
- Eksponensial hərəkətli orta: son qiymətlərə daha böyük çəki verir və qiymətə tez reaksiya göstərir. Ətraflı oxu →
- ETF
- Birjada səhm kimi alınıb-satılan, indeks və ya aktivlər səbətini izləyən fond. Ətraflı oxu →
- Faiz dərəcəsi
- Mərkəzi bankın müəyyən etdiyi əsas dərəcə; valyutanın dəyərinə ən güclü təsir edən amillərdən biri. Ətraflı oxu →
- Fibonaççi səviyyələri
- Korreksiya zamanı mümkün dəstək/müqavimət nöqtələrini göstərən nisbətlər (38.2%, 50%, 61.8%). Ətraflı oxu →
- FOMO
- “Fürsəti qaçırmaq qorxusu” — plansız, emosional girişlərə səbəb olan psixoloji tələ. Ətraflı oxu →
- Forex
- Valyutaların bir-birinə qarşı alınıb-satıldığı qlobal birjadankənar bazar; dövriyyəsinə görə dünyanın ən böyük maliyyə bazarı. Ətraflı oxu →
- Fundamental analiz
- İqtisadi göstəricilər, şirkət hesabatları və xəbərlər əsasında aktivin dəyərini qiymətləndirmə. Ətraflı oxu →
- Hedcinq
- Mövcud mövqedəki riski əks mövqe açaraq azaltmaq. Ətraflı oxu →
- Həcm
- Müəyyən dövrdə alınıb-satılan aktivin miqdarı. Hərəkətin gücünü təsdiqləyir. Ətraflı oxu →
- İkiqat təpə
- Qiymətin eyni səviyyəni iki dəfə sınayıb keçə bilməməsi; trendin dönüşünə işarə edir. Ətraflı oxu →
- İqtisadi təqvim
- Mühüm iqtisadi göstəricilərin dərc olunma tarixlərini və proqnozlarını göstərən cədvəl. Ətraflı oxu →
- Kanal
- Paralel dəstək və müqavimət xətləri arasında hərəkət edən qiymət diapazonu. Ətraflı oxu →
- Korreksiya
- Əsas trendə qarşı müvəqqəti geri çəkilmə (adətən 10% və daha çox). Ətraflı oxu →
- Kotirovka valyutası
- Valyuta cütündə ikinci yazılan valyuta; qiymət onunla ifadə olunur. Ətraflı oxu →
- Kriptovalyuta
- Blokçeyn texnologiyası ilə qeydə alınan və kriptoqrafiya ilə qorunan rəqəmsal aktiv, məsələn Bitkoin. Ətraflı oxu →
- Kross-kurs
- Tərkibində ABŞ dolları olmayan valyuta cütü, məsələn EUR/GBP. Ətraflı oxu →
- Leverec
- Brokerin verdiyi kredit çiyni; kiçik kapitalla böyük mövqe açmağa imkan verir, riski də böyüdür. Ətraflı oxu →
- Likvidlik
- Aktivi qiymətə ciddi təsir etmədən tez alıb-satmaq imkanı. Ətraflı oxu →
- Limit əmri
- Yalnız göstərilən və ya daha yaxşı qiymətə çatanda icra olunan əmr. Ətraflı oxu →
- Long (alış mövqeyi)
- Qiymətin qalxacağını gözləyərək aktivi almaq. Ətraflı oxu →
- Lot
- Forexdə standart əməliyyat həcmi. 1 standart lot baza valyutasının 100 000 vahidinə bərabərdir. Ətraflı oxu →
- MA (hərəkətli orta)
- Son N dövrün orta qiymətini göstərən və trendi hamarlayan indikator. Ətraflı oxu →
- MACD
- İki eksponensial hərəkətli ortanın fərqinə əsaslanan trend və momentum indikatoru. Ətraflı oxu →
- Marja
- Leverecli mövqe açmaq üçün girov kimi saxlanılan vəsait. Ətraflı oxu →
- Marja çağırışı
- Hesabdakı vəsait minimum marjadan aşağı düşəndə brokerin xəbərdarlığı. Ətraflı oxu →
- Marjinal ticarət
- Brokerin verdiyi kredit hesabına öz kapitalından qat-qat böyük həcmli əməliyyat aparmaq. Ətraflı oxu →
- Market-meyker
- Bazarda daim alış və satış qiyməti elan edərək likvidlik yaradan iri iştirakçı. Ətraflı oxu →
- Momentum
- Cari qiymətlə müəyyən dövr əvvəlki qiymət arasındakı fərqi göstərən indikator. Ətraflı oxu →
- Müqavimət
- Qiymətin qalxmağı dayandırıb geri düşməyə meylli olduğu səviyyə. Ətraflı oxu →
- Ossilyator
- Müəyyən aralıqda dəyişən və hərəkətin sürətini ölçən indikator növü, məsələn RSI və Stokastik. Ətraflı oxu →
- Parabolik SAR
- Trendin istiqamətini və mövqeyi bağlamaq vaxtını təyin etməyə kömək edən indikator. Ətraflı oxu →
- Pip
- Forexdə qiymət dəyişməsinin ən kiçik standart vahidi (adətən 0,0001). Ətraflı oxu →
- Portfel
- İnvestorun sahib olduğu bütün aktivlərin məcmusu. Ətraflı oxu →
- Risk/gəlir nisbəti
- Potensial itki ilə potensial qazanc arasındakı nisbət, məs. 1:3. Ətraflı oxu →
- RSI
- Nisbi Güc İndeksi. 70-dən yuxarı — həddən artıq alınma, 30-dan aşağı — həddən artıq satılma. Ətraflı oxu →
- Sessiya
- Bazarın gün ərzindəki regional iş dövrü: Asiya, Avropa, Amerika və Avstraliya. Ətraflı oxu →
- Səhm
- Şirkətin kapitalında pay; sahibinə dividend, səs və ləğv zamanı əmlakdan pay hüququ verir. Ətraflı oxu →
- Short (satış mövqeyi)
- Qiymətin düşəcəyini gözləyərək aktivi satmaq. Ətraflı oxu →
- Spot əməliyyat
- Cari bazar qiyməti ilə bağlanan və qısa müddətdə hesablaşması aparılan əməliyyat. Ətraflı oxu →
- Spred
- Ask və bid qiymətləri arasındakı fərq. Brokerin əsas gəlir mənbələrindən biri. Ətraflı oxu →
- Stokastik
- Bağlanış qiymətinin son dövrün ən yüksək və ən aşağı səviyyəsi arasındakı mövqeyini ölçən ossilyator. Ətraflı oxu →
- Stop-loss
- Qiymət müəyyən səviyyəyə çatanda itkini məhdudlaşdırmaq üçün mövqeni avtomatik bağlayan əmr. Ətraflı oxu →
- Sürüşmə (slippage)
- Gözlənilən və faktiki icra qiyməti arasındakı fərq. Ətraflı oxu →
- Take-profit
- Hədəf qiymətə çatanda mənfəəti qeyd edən avtomatik bağlanma əmri. Ətraflı oxu →
- Texniki analiz
- Qiymət qrafikləri və indikatorlar əsasında gələcək hərəkəti qiymətləndirmə. Ətraflı oxu →
- Trend
- Qiymətin müəyyən istiqamətdə davamlı hərəkəti. Ətraflı oxu →
- Üçbucaq
- Qiymətin getdikcə daralan diapazonda sıxıldığı fiqur; sərhəd qırılanda hərəkət güclənir. Ətraflı oxu →
- Volatillik
- Qiymətin nə qədər sürətlə və kəskin dəyişdiyinin ölçüsü. Ətraflı oxu →
- Yapon şamları
- Hər dövrün açılış, bağlanış, ən yüksək və ən aşağı qiymətini gövdə və fitillərlə göstərən qrafik növü. Ətraflı oxu →
Bu sözlə termin tapılmadı. Başqa yazılışla yoxla və ya hərf seç.
Sualını telefonla cavablandıraq
Hansı bazardan başlamaq, nə qədər vəsait ayırmaq və hansı dərsdən davam etmək barədə suallarını cavablandırırıq. Ödəniş və öhdəlik yoxdur.
- İş günləri 10:00–19:00 arası zəng edirik
- Gələcək zənglərdən istədiyin vaxt imtina edə bilərsən