Əlaqə saxla

Lüğət · termin

Demo hesab

Virtual pulla real bazar şəraitində məşq etmək üçün hesab.

Demo hesab — virtual pulla, real bazar qiymətləri ilə ticarət etmək üçün pulsuz hesabdır. Demək olar ki, bütün brokerlər bunu təklif edir.

Nə üçün lazımdır?

  • Platformanı öyrənmək — əmr növləri, stop-loss qoymaq, lot seçmək. Real pulla “səhv düyməyə basmaq” baha başa gələ bilər.
  • Strategiyanı sınamaq — qaydaların real vaxtda necə işlədiyini görmək.
  • Vərdiş qazanmaq — hər əməliyyatdan əvvəl plan yazmaq, jurnal aparmaq.

Demonun məhdudiyyətləri

  • Emosiya yoxdur. Virtual 1 000 $ itirmək real 1 000 $ itirməklə eyni hiss deyil. Ən çətin hissə — qorxu və hərislik — demoda yoxlanmır.
  • İcra fərqli ola bilər. Demoda sürüşmə və spred genişlənməsi real hesabdakından az ola bilər.
  • Həddən artıq böyük balans. 100 000 $-lıq demo real 1 000 $-lıq hesabdan tamam fərqli vərdişlər yaradır.

Demo balansını planladığın real məbləğə bərabər qoy. Ardıcıl 2–3 ay qaydalarına əməl edib müsbət nəticə göstərəndən sonra kiçik real hesaba keç.

Sualın var?Pulsuz zəng · iş günləri 10:00–19:00 Sualını ver