Əlaqə saxla

Canlı bazar · qrafik Bakı vaxtı ilə (UTC+4)

Əmtəələr

Metallar, enerji və kənd təsərrüfatı məhsulları — iqtisadiyyatın “xammal” bazarı.

Qrafik yüklənir…

Qiymətlər və qrafiklər TradingView-dan gəlir; bəzi alətlərdə gecikmə ola bilər. Bu, ticarət tövsiyəsi deyil.

Canlı qiymətlər

Qiymətlər yüklənir…

Ticarət saatları Bakı vaxtı ilə

Metallar və enerjibazar ertəsi – cümə, demək olar ki, 24 saat
Kənd təsərrüfatı (buğda, qəhvə)günün bir hissəsi; brokerə görə dəyişir

Əmtəə nədir?

Əmtəə (commodity) keyfiyyətinə görə standart olan, kimin istehsal etməsindən asılı olmayaraq eyni sayılan xammaldır: bir ton mis və ya bir buşel buğda harada çıxarılsa da, birjada eyni qiymətə satılır. Əsas qruplar:

  • Enerjineft, təbii qaz, benzin.
  • Qiymətli metallarqızıl, gümüş, platin.
  • Sənaye metalları — mis, alüminium, nikel.
  • Kənd təsərrüfatı — buğda, qarğıdalı, soya, qəhvə, şəkər, pambıq.

Qiymətə nə təsir edir?

  • Təklif şokları: hava şəraiti, quraqlıq, müharibə, sanksiyalar. 2022-ci ildə dünyanın iki böyük buğda ixracatçısı — Rusiya və Ukrayna arasında müharibə başlayanda buğdanın qiyməti qısa müddətdə rekorda yaxın səviyyəyə qalxdı.
  • Mövsümilik: təbii qaza qışda istilik üçün tələb artır, kənd təsərrüfatı məhsulları məhsul yığımı dövrünə bağlıdır.
  • İqtisadi artım. Misə tikinti, elektrik və sənayedə çox ehtiyac olduğu üçün onun qiyməti dünya iqtisadiyyatının vəziyyətini yaxşı göstərir — bazarda ona zarafatla “Doktor Mis” deyirlər. PMI kimi göstəricilər mis üçün vacibdir.
  • Dollar: əmtəələrin çoxu dollarla satılır, güclü dollar adətən qiymətlərə təzyiq göstərir.

Əmtəələrlə necə ticarət olunur?

Əsas bazar fyuçers birjalarıdır (Çikaqo, Nyu-York, London). Fyuçers müəyyən tarixdə təhvil verilməli olan müqavilədir, ona görə treyderlər müddəti bitməzdən əvvəl mövqeni növbəti müqaviləyə keçirir (rollover). Fərdi treyderlər üçün əmtəə ETF-ləri və brokerlərdə CFD daha əlçatandır. Qrafiklərdəki qiymətlər CFD qiymətləridir və birja fyuçersindən bir qədər fərqlənə bilər.

Əmtəələr portfeli diversifikasiya etmək və inflyasiyadan qorunmaq üçün istifadə olunur, amma çox dəyişkəndir — kiçik mövqe ilə başla.

Sualın var?Pulsuz zəng, 10:00–19:00 Zəng istəyirəm